QURBAĞANI YE! (HİSSƏ I) | Banco.az

QURBAĞANI YE! (HİSSƏ I)

Əgər sənin işin qurbağa yeməkdirsə, ən yaxşısı onu birinci olaraq səhər etməkdir. Və əgər işin iki qurbağanı yeməkdirsə, ən yaxşısı birinci onun böyük olanını yeməkdir.

Məhsuldarlıq üzrə məsləhətçi Brayan Treysi öz “Qurbağanı ye” məhsuldarlıq metodikasını (https://www.briantracy.com/blog/time-management/the-truth-about-frogs/) Mark Tvenin bu məsləhətindən sonra adlandırdı. Bu metodda çoxlu nüanslar olsa da, əsas fikir birdir: Gününün ən vacib bir işi müəyyənləşdir və ilk olaraq onu həll et.

“Qurbağanı ye” metodundan aşağıdakı hallarda istifadə etmək tövsiyyə olunur:

  •  Prokrastinasiyadan əziyyət çəkirsən
  •  Çox iş görürsən, amma vacib işlərdə irəliləyiş zəifdir
  •  Hansı tapşırığı nə zaman icra edilməli qərarını verə bilmirsən
  •  Görüləcək işlər siyahısı səni stressə salır
  •  Fransız mətbəxini sevirsən. 

Bu metod niyə effektivdir?

  •  Planlama vərdişlərini yaradır
  •  Öz agendanı qurmağını təmin edir
  •  Daha fokuslu olmağa təşviq edir
  •  Ən yaxşı iş saatlarından (səhər saatları) effektiv istifadəsinə imkan verir
  •  Çox sadədir.

Müəllif: Samir Kərimov Telegram - https://t.me/azeagile

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et