Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu | Banco.az

Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

Quba-Xaçmaz bölgəsindəki sahibkarlara yeni imkanlar təqdim olundu

ABB və KOBİA-nın birgə təşkilatçılığı ilə Xaçmazdakı KOB evində yerli sahibkarlar üçün təlim təşkil olunub. Təlim “Maliyyə mənbələrinə çıxışa dəstək” mövzusuna həsr edilib. Tədbirdə Quba-Xaçmaz bölgəsində fəaliyyət göstərən bir qrup fərdi sahibkar iştirak edib.

Onlara ABB-nin regionlarda sahibkarlara yaratdığı imkanlar, Bankın məhsul və xidmətləri haqqında ətraflı məlumat verilib. İştirakçlar Bankın bizneslər üçün rəqəmsal xidmətləri barədə də ətraflı məlumatlandırılıblar. O cümlədən İnternet Bankçılıq, ABB Business mobile həllərinin imkanları təqdim olunub. ABB və KOBİA təmsilçiləri iştirakçıların suallarını cavablandırıblar.

Müasir dövlət bankı olan ABB-nin universal və faydalı məhsul və xidmətləri ilə bağlı ətraflı məlumatı bankın filial və şöbələrindən, www.abb-bank.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et