QR kod (quick response – çevik cavab) – iki ölçülü ştrixkod növüdür. Bu ştrixkod daxilində simvollardan (rəqəm və xüsusi simvollar) ibarət olan müxtəlif məlumat şifrələnir. QR kodlarına məhsullarda, kassa çeklərində, internet səhifələrində, bukletlərdə, reklam məlumatlarında, vizit kartlarında və s. rast gəlmək olar. QR kodlarda məhsulun istehsal yeri və tarixi, istifadəsinə dair tövsiyyələr, əks əlaqə üçün istehsalçının rekvizitləri və s. məlumatları şifrələnmiş halda yerləşdirmək olur. QR kod ilk dəfə 1994-cü ildə Yaponiyanın “Denso-Wave” şirkəti tərəfindən yaradılıb. Bir QR koduna maksimum 7089 rəqəm, 4296 işarə (rəqəm və latın hərfi) və 1817 heroqlif yerləşdirmək mümkündür.
Ənənəvi ştrix-kodlardan fərqli olaraq, QR kod məlumat bazasına girişi deyil, məlumatın özünü təqdim edir. Adi ştrix-kodlar şaquli istiqamətdə təsvir edilir və bu çap səhvi və ya üst hissənin kiçik zədələnməsi zamanı doğru məlumat əldə etməyə imkan verir. Lakin keyfiyyətli poliqrafiya və qablaşdırma ştrix-kodların artıq həcmini gərəksiz edir və həmin hissədə daha artıq məlumat yerləşdirmək imkanı yaradır. Ağ-qara, kvadrat formalı QR kod isə tək şaquli istiqamətdə deyil, üfuqi vəziyyətdə də oxunur və hər hansı məhsulun, qablaşdırmanın üzərindəki ştrix-kodları əvəz edir. Bunun üçün mobil telefonunuzu QR koda yaxınlaşdırmaq kifayətdir. Smartfonlara xüsusi quraşdırılmış KAYWA Reader, barcode reader, I-Nigma, QuickMark, iMatrix kimi proqramlarla ani olaraq oxunur.
Məlumatın oxunmasından sonra, QR kodunun tərkibindən asılı olaraq mobil cihaz müvafiq əməliyyatı yerinə yetirəcəkdir:
- əgər şifrədə veb səhifəsinin ünvanı qeyd edilibsə, həmin səhifə brauzerdə açılacaq;
- əgər şifrədə elektron vizit kart qeyd edilibsə, o zaman telefon kitabçasına yeni abunəçi əlavə ediləcək;
- əgər şifrədə adi mətn qeyd edilibsə (məsələn məhsul haqqında məlumat), o zaman həmin mətn ekranda göstəriləcək.
QR kod ilə ödəniş – mobil tətbiq vasitəsilə hər hansı bir QR kodu skan etməklə ödənişin həyata keçirildiyi təmassız ödəniş növüdür. QR kod ilə ödəniş etməyin üstünlükləri:
Böyük bir həcmdə məlumatı saxlayır
Yalnız kağızdan deyil, ekran vasitəsilə də skan edilə bilər.
Kodun bir hissəsi zədələnmiş olsa belə oxumaq olar.
Təhlükəsizdir, çünki məlumat şifrələnə bilir.
kriptoinvest
Bizi sosial şəbəkələrdən izləyin!!