Qoxuları mesajla göndərmək olacaq | Banco.az

Qoxuları mesajla göndərmək olacaq

Vapor adlı firma, günümüzün məşhur axınlarından olan yemək və içki fotoşəkillərinin paylaşılmasından yola çıxaraq, yeni bir cihaz hazırladı. oPhone adlı cihaz, aldığınız ismarıcların tərkibindəki fotoşəkilləri qəbul edir və qoxularını ifraz edir. Hələ prototip mərhələsindəki cihaz, oSnap və oNotes kimi tətbiqlərə sahibdir.

Ən sərfəli kredit üçün müraciət et

oSnap proqramı, fotoşəkillərin qəbuluna və əlaqədar qoxuların ifrazına cavabdehdir. Hər nə qədər adı oPhone olsa da, cihaz hələ mobil deyil lakin, Vapor tərəfindən inkişaf etdirilərək, daha yaxşı hala gətirilməsi gözlənilir.

Günel Abduraxmanova / Banco.az

 

Ən sərfəli krediti almaq üçün müraciət et