Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin iyul ayında mobil internetin sürətinə görə 111 ölkə arasında Azərbaycan 53.98 Mbps sürətlə 49-cu yerdə qərarlaşıb. Ötən ay ölkəmizdə genişzolaqlı internetin orta sürəti isə 40.65 Mbps (109-cu) olub.
Banco.az internetin sürətini yoxlamaq üçün istifadə edilən etibarlı veb-sayt olan "Speedtest"ə istinadən Azərbaycanın qonşu ölkələrində internetin sürətini təqdim edir.
Ötən ay mobil internetin sürəti Türkiyədə 43.45 Mbps (60-cı), Gürcüstanda 38.43 Mbps (68-ci), İranda 37.41 Mbps (69-cu), Ermənistanda 31.16 Mbps (81-ci), Rusiyada isə 25.53 Mbps (91-ci) olub.
Genişzolaqlı internetin sürətinə gəldikdə isə bu siyahıda 1-ci Rusiya (87.61 Mbps), 2-ci Ermənistan (56.90 Mbps), 3-cü Türkiyə (42.69 Mbps), 4-cü Gürcüstan (28.84 Mbps), 5-ci isə İran (14.95 Mbps) qərarlaşıb.
162 ölkə arasındakı reytinqdə isə Rusiya 61-ci, Ermənistan 93-cü, Türkiyə 107-ci, Gürcüstan 126-cı, İran 146-cı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!