Qlobal neft tədarükü gündəlik 120 min barel azalıb | Banco.az

Qlobal neft tədarükü gündəlik 120 min barel azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ötən ay qlobal neft tədarükü gündəlik 120 min barel azalıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Energetika Agentliyi (IEA) qlobal neft hasilatının noyabr ayında əvvəlki ayla müqayisədə gündəlik 120 min barel azalaraq 102 milyon 130 min barelə düşdüyünü bildirib.

IEA-nın noyabr ayı üzrə “Neft Bazarı Hesabatı”na görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı noyabr ayında gündəlik təxminən 100 min barel azalaraq 28 milyon 100 min barelə düşüb. Bu dövrdə “OPEC”in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 590 min barel hesablanıb.

“OPEC”ə daxil olmayan ölkələrin gündəlik neft hasilatı isə sözügedən dövrdə gündəlik 30 min barel azalaraq təxminən 68 milyon 450 min barelə geriləyib.

Bununla da, qlobal neft hasilatı noyabr ayında gündəlik 120 min barel azalaraq 102 milyon 130 min barelə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bu dövrdə hasilatı ən çox artıran ölkələr Kanada, ABŞ və İran olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et