Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ | Banco.az

Qlobal neft hasilatının artım tempi yavaşlayacaq - PROQNOZ

Müəllif: Gülnar Əhmədli, Banco.az

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) bu il üçün maye karbohidrogenlərin gündəlik qlobal hasilatı üzrə proqnozunu artırıb.

Banco.az EIA-nın aylıq hesabatına istinadən xəbər verir ki, 2023-cü ildə maye karbohidrogenlərin gündəlik istehsalı 101,1 mln. barel olacaq ki, bu, ötən proqnoz göstəricidən 0,27 mln. barel azdır.

Qurum gələn il maye karbohidrogenlərin gündəlik qlobal istehsalının orta hesabla 102,57 mln. barel olacağını ehtimal edir. Əlavə edək ki, ötən il maye karbohidrogenlərin gündəlik qlobal istehsalı ortalama 99,85 mln. barel səviyyəsində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram