Qlobal neft hasilatı artıb | Banco.az

Qlobal neft hasilatı artıb

Beynəlxalq Enerji Agentliyinin aylıq neft bazarı hesabatına görə, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı avqustda gündəlik 50 min barrel artaraq 29 milyon 740 min barel olub.

Xam neft xaric digər OPEC hasilatı isə sutkada 5 milyon 540 min barrel təşkil edib. Beləliklə, OPEC-in cəmi neft hasilatı gündəlik 35 milyon 280 min barel təşkil edib.

Avqustda OPEC-in istehsalının artmasına Səudiyyə Ərəbistanı və Nigeriyanın hasilatını artırması ilə İraqın rekord səviyyədə neft istehsal etməsi təsir göstərib. Qrupun ən böyük istehsalçısı Səudiyyə Ərəbistanı avqustda hasilatını gündəlik 100 min barel artımla 9 milyon 750 min barrelə qaldırıb. Nigeriyada hasilat gündəlik 40 min barrel artaraq 1 milyon 840 min barelə, İraqın gündəlik hasilatı 30 min barel artımla 4 milyon 810 min barelə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

OPEC-ə üzv olmayan ölkələrin neft hasilatı gündəlik 480 min barrel artaraq 65 milyon 460 min barrelə qalxıb. Artıma, Braziliyadakı rekord hasilat, ABŞ və Rusiyanın istehsalını artırması səbəb olub.

Beləliklə, qlobal neft hasilatı avqustda iyul ayı ilə müqayisədə gündəlik 530 min barrel artaraq təxminən 100 milyon 750 min barrelə qalxıb.
 

2020-DƏ TƏLƏBAT ARTACAQ

Hesabata görə, qlobal neft tələbinin 2020-ci ildə gündəlik orta hesabla 1 milyon 300 min barel artımla 101 milyon 600 min barrelə yüksələcəyi nəzərdə tutulur.

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et