Qlobal LNG idxalında artım qeydə alınıb | Banco.az

Qlobal LNG idxalında artım qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal mayeləşdirilmiş təbii qaz (LNG) idxalı sentyabr ayında ötən ilin eyni ayına görə 8,9 faiz artıb.

Banco.az xəbər verir ki, Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) dərc etdiyi "Aylıq Qaz Bazarı Hesabatı"na əsasən, Asiya-Sakit Okean və Yaxın Şərq regionları qlobal LNG ticarətində artıma liderlik edərkən, bu bölgələrdə artan tələb LNG spot qiymətlərinin yüksəliş trendində dəstəkləyici rol oynayıb.

Qlobal LNG ticarəti sentyabr ayında ötən ilin eyni ayına görə 8,9 faiz artaraq 33,75 milyon tona çatıb. Qlobal LNG idxalı yanvar-sentyabr dövründə 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz artaraq 306,8 milyon tona yüksəlib.

Sentyabrda Asiya-Sakit Okean regionunun LNG idxalı 14 faiz artaraq 24,3 milyon tona çatıb. Bölgədə qış öncəsi təbii qaz saxlama işləri və təbii qaz istehlakına artan tələb LNG idxalını artırıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin, İndoneziya, Yaponiya, Malayziya və Cənubi Koreya regionun idxalının artmasında aparıcı rol oynadığı halda, Taylandın idxalı azalıb.

Yanvar-sentyabr dövründə isə rayonun LNG idxalı 9,8 faiz artaraq 211,54 milyon tona çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram