Tamara Mustafayeva, Banco.az
Qlobal kompüter bazarı iqtisadi qeyri-müəyyənlik və ardıcıl dördüncü rübdə də satılmamış inventarların daşınmaya mane olması səbəbindən əsaslı geriləyib.
Banco.az xarici mətbuata istinadla xəbər verir ki, "Gartner" tədqiqat şirkətinin məlumatına görə, 2022-ci ilin üçüncü rübündə masaüstü və dizüstü kompüterlərin tədarükü əvvəlki ilə nisbətən 19,5 faiz azalıb. Bu da tədqiqat şirkətinin 20 ildən çoxdur izlədiyi bazarda qeydə aldığı ən böyük geriləmədir.
Bu pessimist göstəricilər ABŞ-ın keçən həftə Çinə qarşı çip və texnologiya ixracına tətbiq etdiyi çoxsaylı məhdudiyyətləri araşdıran qlobal texnologiya sənayesindəki qarışıqlıq dövrünə təsadüf edir.
Dünyanın aparıcı çip istehsalçısı olan "TSMC" şirkəti bazarın genişləndirilmiş sanksiyalara reaksiya verməsi ilə çərşənbə axşamı günü bu vaxta qədərki ən böyük dəyər itkisini yaşayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!