Qlobal kiçik məişət texnikası bazarı ilə bağlı proqnozlar açıqlanıb | Banco.az

Qlobal kiçik məişət texnikası bazarı ilə bağlı proqnozlar açıqlanıb

Müəllif - Aida İsaq, Banco.az

Qlobal kiçik məişət texnikası bazarının 2030-cu ilə qədər 271,23 milyard dollara çatacağı gözlənilir.

Banco.az xəbər verir ki, müvafiq reytinq Fortune Business Insights tərəfindən hazırlanıb. 2022-ci ildə 185,49 milyard dollar olan kiçik məişət texnikası bazarının 2023-cü ildə 193,83 milyard dollara çatacağı proqnozlaşdırılır.

Çin, Hindistan, Yaponiya, Fransa, Braziliya və digər ölkələr kimi inkişaf etməkdə olan ölkələrdə sürətli urbanizasiya tempinin kiçik məişət texnikası bazarında artıma təkan verəcəyi gözlənilir. Asiya Sakit Okean bölgəsinin əhalinin artması səbəbindən kiçik cihazların bazar payına liderlik edəcəyi proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram