Qlobal karbon emissiyaları rekord vurub | Banco.az

Qlobal karbon emissiyaları rekord vurub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avropaya rəğmən qlobal karbon emissiyaları üzrə rekord qeydə alınıb.

Banco.az xəbər verir ki, qalıq yanacaqların yandırılması qlobal istiləşməni təhlükəli səviyyəyə çatdırmaqda ikən ötən il qlobal karbon emissiyaları rekord səviyyəyə çatıb.

Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatlarına görə, emissiyalarda ən böyük artım əsasən kömür yanacağının istifadə edildiyi Asiyanın inkişaf etməkdə olan bazarlarına aiddir.

Çin və Avropada sənaye istehsalının azalması nəzərə alındıqda, daha pis nəticənin qarşısının alındığı görünür.

IEA-nın məlumatına görə, 2022-ci ildə enerji ilə əlaqədar emissiyalar 0,9 faiz artaraq 36,8 milyard tondan çox olub.

Qeyd edilib ki, Avropa İttifaqına üzv ölkələrdə qışın mülayim keçməsi ilə istiliyə tələbat bir qədər azalıb. Təbii qazın qiymətinin artması isə sənaye sahələrini hasilatı dayandırmağa sövq edib. Bununla da, regional emissiya nisbətində 2,5 faiz azalma müşahidə olunub.

Ən sərfəli kredit üçün müraciət et

ABŞ-da ilin əvvəlində qeydə alınan fövqəladə soyuq hava şəraiti istilik tələbatını artırdığından emissiyalar da 0,8 faiz artıb.

Ümumilikdə, ekstremal hava şəraiti keçən ilki emissiya artımının təxminən beşdə birinə səbəb olmuşdur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et