Qlobal iqtisadiyyatdakı beş böyük QORXU | Banco.az

Qlobal iqtisadiyyatdakı beş böyük QORXU

Həftə Sonu reallaşan G20 Liderləri konfransında və İngiltərə baş nazirinin açıqlamalarında da bildirdiyi kimi, qlobal iqtisadiyyatda əndişə siqnalları yenidən çalmağa başlayıb.

Dünyanın ən böyük üçüncü iqtisadiyyatı olan Yaponiyanın texniki olaraq böhrana girməsindən sonra, narahatçılıqlar yenidən gündəmə gəldi. 

CNNMoney saytı, qlobal iqtisadiyyatdakı qorxuları beş əsas başlıq altında topladı. Budur həmin o başlıqlar:

1- Yaponiya iqtisadiyyatında durğunluq
Yaponiya iki rüb ərzində üst-üstə kiçildiyi üçün texniki olaraq böhrana girdi. Ölkədə daxili istehlakın istənilən səviyyədə olmaması ən böyük səbəb olaraq göstərildi. Yaponiya eyni zamanda dünyanın ən borclu ölkəsi olaraq da tanınır. İşlərin yoluna düşməməsi halında, qlobal iqtisadiyyata sıçrayacak çətinliklər yarada biləcəyindən qorxulur.

2- Avro Bölgəsində davam edən böhran

Son beş ilin ən böyük iqtisadi böhranlarından birinə imza atan Avro Bölgəsində işlər hələ də yoluna düşməyib. Almaniya üçüncü rübdə böhranın qarşısını alsa da ümumi ölçüsü 13 trilyon dollar olan iqtisadiyyatda çarxlar demək olar ki, dönmür. Yüksək işsizlik, yüksək borc və investisiya azlığı region üçün ən böyük qorxu sayılır.

Ən sərfəli kredit üçün müraciət et

3- Əmtəədəki azalma

Əmtəəyə olan sərmayəçi marağı hər zaman qlobal iqtisadiyyatda canlılıq rəmzi kimi qəbul edilir. Ancaq xam maddə və əmtəə qiymətləri son illərin ən aşağı səviyyələrində əməliyyat görür. Neft qiymətləri ilin əvvəlindən bu yana 24% dəyər itirib. Qızıl, gümüş kimi qiymətli metallarda da rekord dərəcədə aşağı səviyyələr müşahidə edilir.

4- İnkişaf etməkdə olan ölkələr

İnkişaf etməkdə olan ölkələr arasında Çinin inkişafındakı yavaşlama region üçün ən böyük qorxudur. Çin iqtisadiyyatı inkişaf etmədiyi üçün ixracat tələbi də azalır, bunun davam etməsi inkişaf etməkdə olan digər iqtisadiyyatlara təsir edə bilər.

5- Geosiyasi risklər

Suriya və İraqdakı daxili müharibələr ən böyük geosiyasi risklər olaraq müşahidə edilir. Bunlara əlavə olaraq Ukraynadakı gərginlik və qərbli ölkələr ilə Rusiya arasındakı qarşıdurma da var. Avropalı liderlər gələn həftə Rusiyaya mövcud siyasətini davam etdirməsi halında əlavə sanksiyalar tətbiq edib etməməyi gündəmə gətirəcək. Həm ABŞ, həm də Avropadan Hal-hazırda Rusiyaya sanksiyalar var.

Ən sərfəli krediti almaq üçün müraciət et