Qlobal iqtisadiyyat pisləşir, neft ucuzlaşır | Banco.az

Qlobal iqtisadiyyat pisləşir, neft ucuzlaşır

Qlobal iqtisadiyyatın zəifləməkdə olduğu haqqında işarələr ilə əlaqədar olaraq neft qiymətləri düşür.

Qlobal iqtisadi inkişafın ləngiməsilə ilə neftə tələbin azaldığı bir dövrdə ABŞ-da xam neft ehtiyatlarının artacağı gözlənilir.

Brent nefti 0,3 faiz də ucuzlaşıb və bareli 58,69 dollara düşüb (saat 13:00-a olan məlumat). Eyni vaxta ABŞ xam nefti 53.71 dollardan alıcı tapıb. 

İndi xam neft qiymətləri, Səudiyyə Ərəbistanına təşkil edilən və ölkə istehsalının müvəqqəti olaraq 50 faiz azalmasına səbəb olan 14 Sentyabrdakı hücumlardan əvvəlki səviyyələrdən də aşağıdır. Hücumlar Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) gündəlik hasilatını ötən ay 28.3 milyon barrelə salıb. Digər tərəfdən, ABŞ-da emal sektoru göstəricisinin 10 ilin ən aşağı səviyyəsinə enməsi, neftə tələbin daha da azalacağı ehtimalını gücləndirir.

Ən sərfəli kredit üçün müraciət et

Almaniyanın qabaqcıl beş araşdırma institutu, Avropanın ən böyük iqtisadiyyatı üzrə iqtisadi artım proqnozlarını azaldıblar. Almaniyada istehsalçılar azalan qlobal tələb və hələ də davam edən ticarət münaqişəsi səbəbilə çətinlik çəkirlər.

Alman proqnozçular bu il üçün artım proqnozunu 0.8%-dən 0,5%-ə endiriblər. Bu, 2013-cü ildən bu yana ən pis performansdır. Mütəxəssislər Almaniyanın üçüncü rübdə yəqin ki, kiçildiyini, yəni Almaniya iqtisadiyyatının ikinci rübdəki 0.1% azalmanın ardından sonra texniki durğunluğa girdiyini əlavə ediblər.

marja

Ən sərfəli krediti almaq üçün müraciət et