Qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb | Banco.az

Qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Aprel ayında qlobal iqtisadi qeyri-müəyyənlik 5 ilin ən yüksək həddinə çatıb.

Banco.az xəbər verir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) qlobal iqtisadi qeyri-müəyyənliklə bağlı göstəriciləri yayımlayıb.

Buna əsasən, qlobal iqtisadi qeyri-müəyyənlik indeksinin dəyəri apreldə əvvəlki ayla müqayisədə 52 faiz artaraq 33,2 bala yüksəlib.

Bundan əlavə, apreldə qeyri-müəyyənlik indeksi Kovid-19 böhranının dünya miqyasında başladığı 2020-ci ilin mart-aprel dövründən bəri ən yüksək səviyyəyə çatıb.

Qlobal qeyri-müəyyənliyin əsas səbəblərindən biri də ABŞ Prezidenti Donald Trampın aprel ayının əvvəlində xarici ölkələrə tətbiq olunacaq gömrük rüsumlarını açıqlaması olub. Bu tariflərin elanından sonra dünyanın iki ən böyük iqtisadiyyatı – ABŞ və Çin – qarşılıqlı olaraq gömrük rüsumlarını 125 faizədək artırması da qlobal səviyyədə iqtisadi qeyri-müəyyənliyi artıran digər bir amil kimi qeyd edilir.

Digər tərəfdən, İƏİT-in sosial media hesabından verilən son paylaşımlarda iqtisadi qeyri-müəyyənlik indeksinin son günlərdə bir qədər azaldığı bildirilib. Bunun səbəbləri kimi Trampın digər ölkələrə tətbiq etdiyi tarifləri 90 gün müddətinə təxirə salması və ölkələrin tariflərlə bağlı razılaşma istiqamətində verdiyi müxtəlif açıqlamalar göstərilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram