Müəllif: Tamara Mustafayeva, Banco.az
“Bloomberg Economics”in məlumatına görə, qlobal inflyasiya dördüncü rübdə də mötədilliyini davam etdirəcək.
Banco.az xəbər verir ki, analitiklər Tom Orlik, Skott Conson və Stüart Pol tərəfindən yazılan qiymətləndirmədə qlobal inflyasiyanın 2023-cü ilin son rübündə 6,4 faiz səviyyəsinə enməsinin gözlənildiyi bildirilib.
Xatırladaq ki, 2022-ci ilin sonunda qlobal inflyasiya 9,3 faiz təşkil edirdi. “Bloomberg Economics” 2024-cü ilin dördüncü rübündə isə qlobal inflyasiyanın 4,6 faiz olacağını gözləyir.
Qurum Türkiyə və Argentinadakı yüksək inflyasiya səbəbindən inkişaf etməkdə olan ölkələrin inflyasiya proqnozunu 2023-cü ilin sonu üçün 14,3 faiz, 2024-cü ilin dördüncü rübü üçün isə 9,8 faiz olaraq təyin edib.
Bizi sosial şəbəkələrdən izləyin!!