Qlobal ərzaq qiymətlərinin ucuzlaşması dayanıb | Banco.az

Qlobal ərzaq qiymətlərinin ucuzlaşması dayanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətlərində uzun müddətdir ki, müşahidə edilən ucuzlaşma tendensiyası dayanıb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən açıqlanan qlobal ərzaq qiymətləri indeksində qeydə alınan 12 aylıq fasiləsiz eniş tendensiyası başa çatıb.

FAO-nun Ərzaq Qiymətləri İndeksi aprel ayında aylıq 0,6 faiz artsa da, illik 19,7 faiz azalıb.

Qeyd edək ki, indeksin yuxarı istiqamətli hərəkətində şəkər qiymətləri indeksinin sürətli artımı ilə yanaşı, ətin qiymət indeksinin yüksəlməsi də rol oynayıb. Buna baxmayaraq, taxıl, süd və bitki yağı qiymətləri indekslərində azalma davam edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et