Qlobal ərzaq qiymətləri yenə də ucuzlaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri yenə də ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Oktyabr ayında qlobal ərzaq qiymətləri aşağı düşüb.

Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi qiymətlərə görə, oktyabr ayında qlobal ərzaq qiymətləri 11 faiz azalıb.

Beləliklə, qlobal ərzaq qiymətlərinin illik eniş silsiləsi 12-ci aya keçib.

Taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərində aylıq dəyişiklikləri izləyən Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) tərtib etdiyi dünya ərzaq qiymətləri indeksi sentyabrdakı 121,3 punktdan oktyabrda 120,6 punkta düşüb.

Həmçinin qeyd edilib ki, sözügedən dövrdə şəkər, taxıl, bitki yağları və ətin ucuzlaşması səbəbindən dünya ərzaq qiymətləri 2021-ci ilin mart ayından bəri ən aşağı səviyyəyə geriləyib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et