Qlobal ərzaq qiymətləri ötən ay da ucuzlaşıb | Banco.az

Qlobal ərzaq qiymətləri ötən ay da ucuzlaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal ərzaq qiymətlərində ötən ay da azalma davam edib.

Banco.az xəbər verir ki, qlobal ərzaq qiymətləri iyul ayında cüzi azalma ilə demək olar ki, sabit qalıb.

FAO-nun Ərzaq Qiymətləri İndeksinə əsasən, iyul ayında qlobal ərzaq qiymətləri aylıq müqayisədə 0,2 faizlə məhdud azalma qeydə alıb. İllik azalma isə 3 faiz təşkil edib.

Ümumilikdə taxılın qiymətinin aşağı düşməsi bitki yağlarının, ətin və şəkərin bahalaşmasını kompensasiya edib. 

Belə ki, FAO Taxıl Qiyməti İndeksi iyul ayında aylıq müqayisədə 3,8 faiz azalarkən, illik müqayisədə 12,0 faiz azalıb. Bütün əsas taxılların qlobal ixrac qiymətləri ardıcıl ikinci aydır ki, aylıq əsasda ucuzlaşıb.

Ən sərfəli kredit üçün müraciət et

FAO Bitki Yağı Qiymətləri İndeksi iyul ayında aylıq 2,4 faiz artaraq ardıcıl ikinci dəfə il yarımın ən yüksək səviyyəsinə çatıb. FAO Ət Qiyməti İndeksi iyul ayında aylıq 1,2 faiz, illik 0,8 faiz artıb. FAO Süd Məhsullarının Qiymət İndeksi isə iyul ayında aylıq müqayisədə heç bir dəyişiklik göstərməyib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et