Müəllif: Tamara Mustafayeva, Banco.az
Qlobal ərzaq qiymətləri mart ayında ardıcıl yeddi aylıq ucuzlaşmasını dayandırıb.
Banco.az xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən tərtib edilən Ümumdünya Ərzaq Qiymətləri İndeksi ötən ay fevraldakı 117 punktdan 118,3 punkta yüksəlib.
Fevralda ərzaq qiymətləri indeksi ötən üç ilin ən aşağı səviyyəsinə düşmüşdü.
Qeyd edək ki, indeks taxıl, yağlı bitkilər, süd məhsulları, ət və şəkərin qiymətlərindəki aylıq dəyişiklikləri izləyir.
Məlumatlar göstərir ki, mart ayında qlobal ərzaq qiymətləri illik müqayisədə isə 7,7 faiz azalıb.
Bizi sosial şəbəkələrdən izləyin!!