Qlobal ərzaq qiymətləri 11 aydır ki, ucuzlaşır | Banco.az

Qlobal ərzaq qiymətləri 11 aydır ki, ucuzlaşır

Müəllif: Tamara Mustafayeva, Banco.az

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) qlobal ərzaq qiymətlərinin ardıcıl 11-ci aydır ki, ucuzlaşdığını açıqlayıb.

Banco.az xəbər verir ki, FAO-nun Ərzaq Qiymətləri İndeksi fevral ayında əvvəlki ayla müqayisədə 0,6 faiz azalaraq 129,8 punkt olub. 

FAO-nun məlumatına görə, fevral ayında şəkərin qiyməti 6,9 faiz artsa da, bitki yağının qiyməti 3,2 faiz, süd məhsullarının qiyməti isə 2,7 faiz ucuzlaşıb ki, bu da indeksin geriləməsinə əsas səbəb olub.

Sözügedən dövrdə düyünün qiyməti 1 faiz ucuzlaşsa da, qırmızı ətin qiymətində dəyişiklik baş verməyib.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ötən ilin martında Rusiyanın Ukraynaya müdaxiləsinin təsiri ilə ərzaq qiymətləri rekord həddə bahalaşmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et