Qlobal enerji qiymətlərinin düşəcəyi proqnozlaşdırılır | Banco.az

Qlobal enerji qiymətlərinin düşəcəyi proqnozlaşdırılır

Müəllif - Aida İsaq, Banco.az

Qlobal enerji qiymətləri 2022-ci ildə 60% artdıqdan sonra 2023-cü ildə 11% azalacaq. Banco.az xəbər verir ki, müvafiq proqnoz Dünya Bankının oktyabr hesabatında təqdim olunub.

Analitiklərin proqnozlarına görə, resursların dəyəri son beş ildəki orta göstəricidən 75% yüksək olacaq. Hesabatda həmçinin qeyd olunub ki, zəif qlobal iqtisadi artım yanacaq xərclərini aşağı salmaq üçün əsas riskdir.

2023-cü ildə təbii qaz və kömür qiymətlərinin bu il əldə edilən rekord həddən aşağı düşəcəyi proqnozlaşdırılır. Eyni zamanda 2024-cü ilə qədər Avstraliyada kömürün və ABŞ-da təbii qazın qiyməti son beş ildə orta dəyərini iki dəfə artıra bilər. Avropada qazın qiymətinin isə təxminən 4 dəfə bahalaşacağı gözlənilir.

Gələn il "Brent" markalı neftin qiyməti orta hesabla 92 dollar səviyyəsində olacaq. Yanacağın qiymətinin 2024-cü ildə 80 dollara enəcəyi düşünülür. Lakin orta hesabla bu hədd 60 dollardan çox olacaq.

Güclü geosiyasi böhran fonunda enerji qiymətlərinin kəskin artması bütün dünyada inflyasiyanın sürətlənməsinə səbəb olub. Beləliklə, avrozonada qiymət artımı sentyabrda 9,9 faizə yüksələrək rekord səviyyəyə imza atdı. Eyni zamanda, ABŞ-da qiymətlər analitiklərin proqnozlaşdırdığı 0,2 faizdən daha çox 0,4 faiz artaraq infilyasiyanı tezləşdirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram