Qlobal çip satışında ikirəqəmli artım gözlənilir | Banco.az

Qlobal çip satışında ikirəqəmli artım gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Yarımkeçiricilər Sənayesi Assosiasiyası (SIA) bu il qlobal çip satışlarında 13,1 faiz artımın gözləndiyini açıqlayıb.

Banco.az xəbər verir ki, Yarımkeçiricilər Sənayesi Assosiasiyasının (SIA) verdiyi açıqlamada qlobal yarımkeçirici satışlarının 2023-cü ildə 8,2 faiz azalaraq 526,8 milyard dollar olduğu qeyd edilib.

Açıqlamada 2023-cü ilin ikinci yarısında satışların artdığı, 2024-cü ildə isə dünya üzrə yarımkeçirici satışlarının 13,1 faiz artmasının gözlənildiyi bildirilib.

Həmçinin qeyd olunub ki, Avropa 2023-cü ildə illik artım baş verən yeganə bazar olub və regionda satışlar 4 faiz artıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün digər regional bazarlarda isə satış azaldığı vurğulanan açıqlamaya görə, satışlar Çində 14 faiz, Asiya-Sakit okean regionunda 10,1 faiz, Amerika qitəsində 5,2 faiz, Yaponiyada isə 3,1 faiz azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et