Qlobal brauzer bazarında vəziyyət məlum olub | Banco.az

Qlobal brauzer bazarında vəziyyət məlum olub

“StatCounter” analitik firmasının yeni hesabatına görə, “Microsoft Edge” brauzeri son bir neçə ayda müxtəlif əməliyyat sistemlərindən böyük sayda istifadəçiləri özünə cəlb edə bilib. “Google Chrome” əvvəlki kimi dünyada ən popular brauzerdir, onun bazar payı masaüstü brauzerlər bazarının 67,14%-ni təşkil edib.

Analitik firmanın məlumatına görə, “Microsoft Edge” brauzeri “Firefox”u ötməyə müvəffəq olub. İndi sonuncu 7,95% bazar payı ilə dördüncü yeri tutur. 10,11% bazar payına malik “Safari” brauzeri populyarlığına görə ikinci, 8,03% bazar payına malik “Microsoft Edge” brauzeri isə üçüncü olub və son aylar ərzində yeni istifadəçiləri aktiv şəkildə cəlb edir.

ted.az

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et