Qlobal böhran dalğası yaxınlaşır: “Qızılın qiyməti yüksələcək, dollar isə...” | Banco.az

Qlobal böhran dalğası yaxınlaşır: “Qızılın qiyməti yüksələcək, dollar isə...”

Müəlif:Gülbəniz Hüseynli/Banco.az

Dünyada qlobal inflyasiya dalğası artmağa başlayıb.

Banco.az xəbər verir ki, bu barədə məşhur rusiyalı iqtisadçı Mixail Xazin xəbərdarlıq edib.

Onun sözlərinə görə, hazırda Amerikada və dünyanın bütün başqa yerlərində müşahidə olunan inflyasiyanın yeni böhrana gətirib çıxaracağı istisna deyil.

Ekspertlərin hesablamalarına görə, ABŞ-də daimi yaşayanların həyat səviyyəsi bir neçə dəfə aşağı düşə, ölkənin ÜDM-i isə üçdə bir qədər azala bilər:
“Əslində, apokaliptik qlobal maliyyə böhranı fonunda  bahalaşacaq yeganə aktiv, qızıl olacaq. Qızıl sikkələrdən və külçələrdən tutmuş qiymətli metaldan hazırlanmış zərgərlik məmulatlarına və ya qızılla dəstəklənən qiymətli kağızlara qədər hamısında bahalaşma müşahidə ediləcək. 
Ola bilsin ki, kəskin qlobal böhran zamanı dolların məzənnəsi hətta qısa müddət ərzində sıçrayış edə bilər, lakin uzunmüddətli perspektivdə valyutanın  gələcəyi olmayacaq, çünki bir neçə ay süni şəkildə öz dəyərini saxladıqdan sonra o, düşməyə başlayacaq. Bundan sonra heç vaxt bərpa artımını nümayiş etdirməyəcək”.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et