Qlobal avtomobil hissələri istehsalçısı 1000-dən çox işçisini ixtisar edəcək | Banco.az

Qlobal avtomobil hissələri istehsalçısı 1000-dən çox işçisini ixtisar edəcək

Müəllif:Mehin Qasımova/Banco.az

Fransız avtomobil hissələri istehsalçısı "Valeo" 1150 işçini ixtisar edəcək.

Banco.az xəbər verir ki, bu barədə ölkənin "Les Echos" nəşri məlumat yayıb.

Belə ki,Fransanın BMW, Ford və General Motors üçün komponentlər istehsal edən avtomobil hissələri istehsalçısı öz müəssisələrində ümumilikdə 1,15 min işçini ixtisar edəcək .

Artıq həmkarlar ittifaqları tərəfindən bildirilmiş Fransada 235, digər Avropa ölkələrində isə 735 işçinin ixtisarı əsasən dəstək və idarəetmə sahəsində çalışanlara təsir edəcək. Ümumilikdə şirkətin müxtəlif ölkələrdə 110 minə yaxın işçisi var.

"Valeo" qlobal şirkətin kapitallaşmasının təxminən üçdə bir azalması fonunda qəbul edilən qərarların məqsədini avtomobillərin elektrikləşdirilməsi kontekstində rəqabət qabiliyyətini və əməliyyat səmərəliliyini artırmaq adlandırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram