Qlobal aviasiya sənayesinin xalis mənfəəti ilə bağlı proqnoz açıqlanıb | Banco.az

Qlobal aviasiya sənayesinin xalis mənfəəti ilə bağlı proqnoz açıqlanıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal hava nəqliyyatı sənayesində 9,8 milyard dollar xalis mənfəət gözlənilir.

Banco.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) 79-cu İllik Baş Assambleyası və Dünya Hava Nəqliyyatı Sammiti Türkiyənin İstanbul şəhərində öz işini davam etdirir.

Tədbir çərçivəsində IATA-nın 2023-cü ilə dair proqnozları elan edilib.

Proqnozları şərh edən IATA-nın baş direktoru Villi Uolş bildirib ki, aviasiya sənayesinin xalis mənfəətinin 2023-cü ildə 9,8 milyard dollara (1,2 faiz xalis mənfəət marjası) çatacağı gözlənilir. Onun sözlərinə görə, bu rəqəm əvvəlki proqnoz olan 4,7 milyard dollardan iki dəfə çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Uolş həmçinin sektorun əməliyyat mənfəətinin də 2023-cü ildə 22,4 milyard dollara çatacağının proqnozlaşdırıldığını qeyd edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et