QKDK yeni qaydalar təsdiq etdi | Banco.az

QKDK yeni qaydalar təsdiq etdi

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) qərarı ilə “Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının hesabatlarına dair tələblər, habelə onların təqdim edilməsi və açıqlanması” Qaydaları təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmişdir.

Yeni qaydalar qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, dilerlər, fond birjaları, depozitarlar, klirinq təşkilatları və qiymətli kağız sahiblərinin reyestrinin aparılması fəaliyyətini həyata keçirən təşkilatlar tərəfindən QKDK-ya təqdim edilən hesabatlara dair tələbləri, habelə onların QKDK-ya təqdim edilməsi və açıqlanması proseslərini tənzimləyir.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, yeni qaydalar 2015-ci ildə qüvvəyə minəcəkdir.