31 oktyabr 2014-cü il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “Trust Asset Management” Məhdud Məsuliyyətli Cəmiyyətinə aktivlərin idarə olunması üzrə fəaliyyət ilə məşğul olmaq üçün müddətsiz yeni xüsusi razılıq (lisenziya) verilmişdir.
Beləliklə, hazırda qiymətli kağızlar bazarında 14 broker, 14 diler fəaliyyəti, 2 qiymətli kağız sahiblərinin reyestrinin aparılması, 3 depozitar, 1 fond birjası, 2 klirinq və aktivlərin idarə olunması fəaliyyəti üzrə 3 təşkilatın xüsusi razılıqları (lisenziyalar) qüvvədədir.