QKDK KİV nümayəndələri üçün seminar təşkil edir | Banco.az

QKDK KİV nümayəndələri üçün seminar təşkil edir

Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) Kapital Bazarı üzrə Təlim Mərkəzi “Forex Bazarı” mövzusunda 06 iyun 2015-ci il tarixində “Sapphire” mehmanxanasında (Səməd Vurğun küçəsi 23, 2-ci mərtəbə, konfrans zalı ) kütləvi informasiya vasitələri (KİV) nümayəndələri üçün seminar təşkil edir.  

Seminar Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində qiymətli kağızlar bazarına dair məlumatlılığın və peşəkar hazırlığın yüksəldilməsi istiqamətində həyata keçirilir.

Seminarın məqsədi KİV nümayəndələrinə maliyyə bazarları, birjaların növləri, Valyuta Birjası, bazarda iştirak motivləri, həmçinin bazar iştirakçıları və onların fəaliyyəti haqqında geniş məlumat verməkdir.  

“Valyuta Birjası (FX Market)”, “Marjinal ticarət”, “Alış və satış əməliyyatları”, “Analiz metodları. Fundamental və texniki təhlil” və digər mövzuları əhatə edəcək seminarın sonunda fəal iştirakı və yüksək maliyyə savadı ilə fərqlənən KİV nümayəndələrinə sertifikat təqdim olunacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Seminarda iştirak etmək istəyən KİV nümayəndələri qeydiyyatdan keçmək üçün 03 iyun 2015-ci il tarixinədək [email protected] ünvanına  məlumat (adı, soyadı, təmsil etdiyi orqan, əlaqə nömrələri) göndərə bilərlər.

 

Proqram və seminar haqqında ümumi məlumatla buradan tanış ola bilərsiniz.

Seminar ödənişsiz təşkil olunur.

Ətraflı məlumat üçün aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərsiniz:

(+994 12) 598-25-59

(+994 12) 493-50-58 (284)

Ən sərfəli krediti almaq üçün müraciət et