Qızılın unsiyası bahalaşa bilər | Banco.az

Qızılın unsiyası bahalaşa bilər

İqtiadiyyata olan inamın azalması fonunda qızlın unsiyasının 2016-cı ilin sonuna qədər 44% bahalaşaraq 1900 dollara yüksəlməsi gözlənilir. 

 "Bloomberg" agentliyi xəbər verir ki, bu açıqlama ilə qızıl sənayesinin tanınmış nümayəndəsi Robert Mak Even (Robert McEwen) çıxış edib. 

"McEwen Mining İnc." və "Goldcorp İnc." şirkətlərinin yaradıcısı olan Mak Even dünya valyutalarında və qiymətli kağızlarında olan qeyri-müəyyənliklə birlikdə qiymətli metalın 1700-1900 dollar diapazonuna yüksələcəyini proqnozlaşdırılır. Onun fikrincə, minimal səviyyə, hətta mənfi olan istiqraz faizləri investorları alternativ aktiv axtarışına yönəldib. Belə bir vəziyyətdə ən risksiz maliyyə aləti olan qızıla yatırım edənlərin sayı getdikcə artmaqdadır.

Ən sərfəli kredit üçün müraciət et

Mak Even onu da qeyd edib ki, qızıla yatırım həmişə digər alternativ aktivlərlə müqayisədə az olub, çünki bu alətin gəlirliliyi az olur.  Amma indi mənfi faizlərin hökm sürdüyü şəraitdə qızıl ən yaxşı və risksiz yatırım vasitəsidir.

Mənbə : Report.az