Qızılın qiyməti yenidən 5000 dolları ötdü | Banco.az

Qızılın qiyməti yenidən 5000 dolları ötdü

Müəllif:Mehin Qasımova,Banco.az

Qızılın qiyməti bazar ertəsi günü də yüksəlişini davam etdirərək unsiyası 5000 dollardan bir qədər yuxarı ticarət olunub.

Banco.az xəbər verir ki,Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 1,11% artaraq 5035 ABŞ dollarına bərabər olub.

Gümüş əvvəlki sessiyada təxminən 10% artımdan sonra 4,3% artaraq unsiyası üçün 81,11 dollara çatıb.

Qeyd edək ki, gümüş 29 yanvarda 121,64 dollarla bütün zamanların ən yüksək səviyyəsinə çatmışdı.

Spot platin 0,2% azalaraq 2091,54 dollara, palladium isə 1% artaraq 1723,37 dollara çatıb.