Müəllif:Ayşən İmanova/Banco.az
Qızılın qiyməti tarixi maksimuma çataraq ilk dəfə olaraq 1 troy unsiyası üçün 2850 dolları ötüb.
Banco.az xəbər verir ki, “Comex” birjasında aprel qızıl fyuçersləri 1,89% (56,96 dollar) bahalaşaraq bir unsiya üçün 2 850,46 dollar təşkil edib.
Bundan əvvəl “Bloomberg” agentliyi UBS-in proqnozuna istinadən bildirib ki, 2025-ci ilin sonuna qədər birjada qızılın unsiyası 2900 dollara qədər yüksələcək.
Mütəxəssislər qızıl qiymətlərində artım tendensiyasının 2025-ci ildə davam edəcəyinə əmindirlər, çünki metal iqtisadi və siyasi qeyri-sabitlik dövründə investorlar tərəfindən “təhlükəsiz sığınacaq” kimi görünəcək.
Qeyd olunur ki, qızıl dünyada artan iqtisadi və siyasi turbulentlik fonunda bahalaşacaq.