Qızılın qiyməti rekord səviyyəyə yaxın bahalaşıb | Banco.az

Qızılın qiyməti rekord səviyyəyə yaxın bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Spot qızılın qiyməti 2 min 32 dollara qədər bahalaşmaqla rekord səviyyəyə yaxınlaşıb.

Banco.az xəbər verir ki, ABŞ-dan gələn zəif iqtisadi göstəricilərdən sonra bahalaşmağa başlayan qızılın qiyməti ekspertlərin fikrincə, 2020-ci ilin yayında qeydə alınan 2 min 72 dollarlıq rekord səviyyəni yenidən sınaqdan keçirə bilər.

Qeyd edək ki, analitiklər qızılın bahalaşmasında zəif iqtisadi göstəricilərlə yanaşı, bank böhranının və mərkəzi bankların aqressiv monetar sərtləşdirmə siyasətinin real iqtisadiyyata mənfi təsirinin də təsirli olduğunu bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et