Qızılın qiyməti rekord həddə çatıb | Banco.az

Qızılın qiyməti rekord həddə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Qlobal bazarlarda ticarət müharibəsi ilə bağlı narahatlıqların artması ilə qızıl 3 110 dolları ötərək yeni rekord həddə yüksəlib.

Banco.az xəbər verir ki, keçən həftədən etibarən qızılda dörd həftəlik artım seriyası bu həftə də qeydə alınıb. Ümumilikdə ilin əvvəlindən qızılın qiymətində 18 faiz artım qeydə alınıb. 

Qızılda yüksəliş artan geosiyasi və makro qeyri-müəyyənliklər fonunda mərkəzi bankların qızıl alışları ilə də dəstəklənib. 

Həmçinin qeyd edək ki, ötən həftə "Goldman Sachs" da qızılın qiyməti ilə bağlı gözləntisini 3 300 dollara qaldırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram