Qızılın qiyməti bahalaşıb | Banco.az

Qızılın qiyməti bahalaşıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-dan gələn yeni iqtisadi göstəricilər fonunda qızılın qiyməti bahalaşıb.

Banco.az xəbər verir ki, qızılın qiyməti ABŞ-ın son inflyasiya məlumatlarının geriləməyə işarə etməsindən sonra bazar analitiklərinin FED-in faiz artım tempini yavaşlatacağına dair gözləntiləri ilə yüksəlib.

Spot bazarda qızılın bir unsiyası həftənin ilk ticarət günü 1800 dollardan yuxarı satılıb.

Xatırladaq ki, FED-in monetar sərtləşdirməsi və digər aparıcı mərkəzi bankların sərt mövqeləri fonunda qızıl hazırda mart zirvəsindən təxminən 12 faiz aşağı ticarət olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram