Qlobal investisiya bankı "Goldman Sachs Group Inc", Fed-in, inflyasiyanın hədəfi (2%) aşmasına icazə verməsi vəziyyətində qızılın unsiyasının qiymətinin 2 min dolları aşa biləcəyini gözləyir.
Bankın analitikləri, "Əsas ssenarimiz olmamaqla bərabər qızılın qiymətinin 2 min dolları keçməsinə səbəb ola biləcək, inflyasiyanın hədəfi aşmasına bağlı risk görürük",- bildiriblər.
Goldman qızılın 12 ayda 1800 dollara yüksələcəyini nəzərdə tutan əsas ssenarisini qoruyur.
Hazırda qlobal birjalarda qızılın unsiyası 1735 dollardan ticarət olunur.
marja
Bizi sosial şəbəkələrdən izləyin!!