"Qızıla tələbat mərkəzi bankların alışları ilə rekord qıracaq" | Banco.az

"Qızıla tələbat mərkəzi bankların alışları ilə rekord qıracaq"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Ümumdünya Qızıl Şurası: Qızıla tələbat mərkəzi bankların alışları ilə rekord qıracaq.

Banco.az xəbər verir ki, Ümumdünya Qızıl Şurasının (WGC) məlumatına görə, ümumi qızıl tələbi ötən il rekord həddə çatıb və FED-in faiz dərəcələrini aşağı salması ilə 2024-cü ildə yenidən artacağı gözlənilir.

WGC-nin tam illik hesabatına görə, ümumi istehlak ötən il təxminən 3 faiz artaraq 4,899 tona çatıb ki, bu da qeyri-müəyyən bazardakı güclü tələb, eləcə də mərkəzi bankın davamlı alışları ilə dəstəklənib.

Bu, 2010-cu ildən bəri ən yüksək ümumi göstəricidir.

Xatırladaq ki, qiymətli metal ötən il iqtisadi və siyasi qeyri-müəyyənlik, geosiyasi gərginliklər və ABŞ mərkəzi bankının inflyasiyanı cilovlamaq üçün siyasəti yumşaltmağa hazır olduğuna dair gözləntilər fonunda ümumilikdə 13 faiz bahalaşaraq dekabr ayında rekord həddə çatmışdı.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et