Qızıl, yapon yeni və isveç frankının bahalaşması davam edə bilər | Banco.az

Qızıl, yapon yeni və isveç frankının bahalaşması davam edə bilər

FED-in faiz qərarları tempınə görə həmkarlarından geri qalır.

ABŞ prezidenti Trampın sərt bəyanatları ilə bazarlarda kəskin qiymət dəyişikliyi tendensiyası artıq keçilmiş yola bənzəyir. Trampın guya Çin tərəfinin danışıqları davam etdirmək üçün ona zəng edib, xahiş etmələri fikri qarşı tərəfdən öz təsdiqini tapmayıb. 

İqtisadi təhlillər onu göstərir ki, ticarət müharibələri nəticəsində daha çox zərər görən tərəf ABŞ-dır. Belə ki, qarşılıqlı rüsüm artırılması zamanı Çinin öz pul vahidini ucuzlaşdırması bu yarışmadan qalib kimi ayrılması təzahühürünü yaradır. Kifayət qədər valyuta ehtiyatlarına malik olan Çin hələki buna qarşılıq verə bilir. Buna görə də Trampın FED rəhbərinə qarşı sərt mövqeyi başa düşüləndir. FED-in faiz qərarları tempınə görə həmkarlarından geri qalır. 

Funtun qiymətində razılıqsız "Brexit" öz əksini tapdığına görə qiymətin bahalaşması ehtimalları daha yüksəkdir. 

Ehtiyat limanları sayılan qızıl, yapon yeni və isveç frankı bahalaşmanı davam etdirə bilər. 

Zəifləyən iqtisadi aktivlik fonunda neft qiymətləri eniş trendində qalır. Bu gün Amerikanın neft institutunun neft ehtiyatları barədə məlumatı volatilliyə səbəb ola bilər. 

Bakı vaxtı ilə saat 10.00-da Almaniyada ÜDM-də dəyişiklik barədə məlumatlarda investorların diqqət mərkəzində olacaq. 

InvestAz