Qızıl və gümüş yenidən ucuzlaşıb | Banco.az

Qızıl və gümüş yenidən ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

Birja məlumatları xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin avqust fyuçerslərinin dəyəri 0,84% azalaraq 4 467 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin iyul fyuçerslərinin qiyməti də 1,59% azalaraq 72,8 ABŞ dolları təşkil edib.