Qızıl fondlarındakı qızıl miqdarında yeni REKORD | Banco.az

Qızıl fondlarındakı qızıl miqdarında yeni REKORD

Qızıl fondlarındakı aktivlərin bazar dəyəri, keçən il 37% artaraq 141 milyard dollara çatıb.

Dünya Qızıl Şurasının (WGC) hesabatına görə, qızıl fondlarındakı qızılın miqdarı keçən il 400 ton artaraq 2 min 881 tona (92 min 634) çatıb. 2019-cu ilin sonunda qeydə alınan bu rəqəm bütün zamanların ən yüksək səviyyəsidir.

Qızıl fondlarındakı aktivlərin (qızılın) bazar dəyəri illik müqayisədə 37% artaraq 2019-da 141 milyard dollara qalxıb. Bu artımda qızılın unsiyasının qiymətindəki 18,4%-lik artım böyük rol oynayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bazar dəyəri əsasında il sonu bağlanış rekordu isə 147 milyard dollar səviyyəsi ilə 2012-ci ildə qeydə alınmışdı.  

Mərkəzi bankların yumuşaq pul siyasətlərinin və ticarət müharibələrinin səbəb olduğu qeyri-müəyyənliklər, 2019-da sərmayəçilərin qızıla yönəlmələrinə səbəb olub. 2019-dakı risklər 2020-də davam edə bilər

marja

Ən sərfəli krediti almaq üçün müraciət et