Müəllif - Aida İsaq, Banco.az
Almaniyanın paytaxtı Berlində 73-cü Beynəlxalq Berlin film festivalının mükafatlandırma mərasimi keçirilib.
Banco.az xəbər verir ki, amerikalı rejissor, aktrisa və ssenarist Kristen Stüartın rəhbəri olduğu münsiflər heyətinin iştirakı ilə festivalın ən yaxşı film nominasiyası üzrə fransız rejissoru Nikolas Filibertin "On the Adamant" (Fransızca: Sur l'Adamant) adlı sənədli filmi seçilib. Beləliklə sözügedən film “Qızıl ayı” mükafatına layiq görülüb.
Qeyd edək ki, film Parisdəki ruhi xəstəxanada gündəlik həyatdan bəhs edir.
Bizi sosial şəbəkələrdən izləyin!!