Qiymətli kağızların listinqi üzrə tariflər nə qədərdir? | Banco.az

Qiymətli kağızların listinqi üzrə tariflər nə qədərdir?

“Listinq” ingilis sözü olub mənası “siyahıya almaq” deməkdir.  Bu termin qiymətli kağızlar bazarında istifadə olunur.

Listinq maliyyə alətlərinin tənzimlənən bazarda, yəni fond birjalarında qanuni olaraq ticarətə buraxılması üçün aparılan siyahıya alma prosesidir. Yəni, listinq əməliyyatı həyata keçirildikdən sonra buraxılmış qiymətli kağızlar maliyyə bazarında satışa çıxarılır və rəsmi olaraq siyahıda yer alır.

Maliyyə alətləri siyahıda yer aldıqdan sonra, onlar investorlar tərəfindən asanlıqla görülür və yatırım etmək istəyənlər mövcud qiymətli kağızların alqısını həyata keçirə bilir.

Emitentlər isə buraxdıqları qiymətli kağızlara görə investorlara çıxış əldə edərək kapital cəlb edirlər.

Listinq, həmçinin, IPO – səhmlərin ilkin buraxılışının mərhələlərindən biridir. Səhmlərini ilkin olaraq buraxdan bankların səhmləri listinq vasitəsi ilə qiymətli kağlzların dövriyyəsinə daxil olur.

Əlbəttə, qiymətli kağızlarının listinqə daxil olması üçün şirkətlər müəyyən olunmuş haqq ödəməlidirlər.

“Bakı Fond Birjası” QSC-də qiymətli kağızların listinqdə saxlanılması üzrə tariflər belədir:

Bazar seqmenti

Listinqdə saxlanılması üzrə illik xidmət haqqı

Əsas bazar

1000 AZN

Standart bazar

500 AZN

Alternativ bazar

Emitentin müraciəti əsasında qiymətli kağızlar listinqə daxil edildikdə, 200 AZN

Ən sərfəli kredit üçün müraciət et

Listinqdə saxlanılması üzrə illik xidmət haqqından azad olunan emitentlər və qiymətli kağızlar:

  1. Bələdiyyələr, yerli icra hakimiyyəti orqanları və digər dövlət qurumları tərəfindən buraxılmış dövlət təminatlı 
  2. Azərbaycan Respublikasının Mərkəzi Bankı nəzdində Azərbaycan İpoteka Fondu tərəfindən buraxılmış dövlət təminatlı istiqrazlar;
  3. Bank Nəzarəti üzrə Bazel Komitəsi tərəfindən tövsiyyə edilən Bazel II prinsiplərinə uyğun olaraq sıfır riskli və ya risksiz hesab edilən istiqrazlar;
  4. Azərbaycan Respublikasının mühüm iştirak payına (51%) sahib olduğu səhmdar cəmiyyətlər.

Qeyd edək ki: 

Tariflər Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə şamil olunmur;

Səhmləri Əsas və ya Standart bazarda listinqdən keçmiş Emitent istiqrazlarını müvafiq olaraq Əsas və ya Standart bazarda listinqdən keçirdikdə, müvafiq bazar üçün nəzərdə tutulmuş istiqrazların saxlanılmasına dair illik xidmət haqqını bir il üzrə ödəyir.