Bakı Fond Birjasında 2019-cu ilin ilk doqquz ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 11 milyard 8 milyon manat təşkil edib. Bu barədə “Marja”ya Birjadan bildirilib.
Ötən ilin ilk 9 ayı ilə müqayisədə 2019-cu ilin ilk 9 ayı ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların həcmi 1.45% artıb. Belə ki, 2018-ci ilin analoji dövründə əməliyyatların həcmi 10 milyard 851 milyon manat təşkil etmişdi.
2019-cu ilin sentyabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3 milyard 380 milyon manat təşkil etmişdir. Ümumilikdə Birjanın kapitalizasiyası keçən aya nisbətən 0.19% artmışdır.
Marja