Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qayda təsdiq edib | Banco.az

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yeni qayda təsdiq edib

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən yeni qayda təsdiq edilib.

Bu barədə Trend-ə omitənin İctimaiyyətlə əlaqələr sektorundan məlumat verilib..

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununun (http://scs.gov.az/uploads/pdf/qk4oy7tg98g0auw41mkl.pdf) 22.7-ci maddəsinə müvafiq olaraq “Qiymətli kağızlara sərəncam verilməsinə dair notariat qaydasında təsdiqlənmiş müqavilələr üzrə ödənişlərin həyata keçirilməsi və həmin müqavilələrin depozitar sistemində qeydiyyatı Qaydası” (http://scs.gov.az/uploads/pdf/yfknfxmxdnottgzq0kwq.pdf) təsdiqlənmiş və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilib.

Ən sərfəli kredit üçün müraciət et

Bu Qayda Milli Depozit Mərkəzinin idarə etdiyi depozitar sistemində qeydiyyata alınmış qiymətli kağızların və onların yüklənməsi barədə məlumatın notariusun real vaxt rejimində əldə etməsi, habelə notariat qaydasında təsdiqlənmiş müqavilənin Depozitar sisteminə ötürülməsi və hüquq əldə edənin hüquqlarını təsdiqləyən sənədlərin alınması prosedurunu, həmçinin elektron informasiya sistemlərinin təhlükəsizliyinə dair tələbləri müəyyən edir.