"Qiymət limitinin tətbiqi Avropa iqtisadiyyatı üçün riskli qərardır" | Banco.az

"Qiymət limitinin tətbiqi Avropa iqtisadiyyatı üçün riskli qərardır"

Müəllif - Aida İsaq, Banco.az

Rusiya qazına qiymət limitinin tətbiqi Avropa iqtisadiyyatı üçün böyük risklərdən xəbər verir.

Banco.az xəbər verir ki, bu barədə fikirlərini bölüşən Rusiya baş nazirinin müavini Aleksandr Novak müvafiq addımı eyni zamanda siyasi qərar adlandırıb. Onun sözlərinə görə, Rusiya bu qərarlara cavab olaraq tədbirlər paketini hüquqi sənədləri tam şəkildə nəzərdən keçirdikdən sonra açıqlayacaq.

Xatırladaq ki, dekabrın 19-da Avropa İttifaqında qazın qiymətinin yuxarı həddinin MVt/saat üçün 180 avro səviyyəsində tətbiq ediləcəyi açıqlanıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et