Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirildi | Banco.az

Qısamüddətli Notların yerləşdirilməsi üzrə hərrac keçirildi

13 noyabr 2019-cu il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50103276S dövlət qeydiyyat nömrəli, 170 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5351 AZN (6.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 773,346,900.00 AZN olmuşdur.

Ən sərfəli kredit üçün müraciət et

AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 99.5351 AZN (6.01%), orta ölçülmüş qiyməti 99.5351 AZN (6.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi          

170 000 000.00 AZN təşkil etmişdir. 

Notların ödəmə tarixi 12.12.2019

 

Ən sərfəli krediti almaq üçün müraciət et