Müəllif:Ayşən İmanova/Banco.az
Qırğızıstan əhalinin həyat səviyyəsini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa və aşağı gəlirli ölkələr siyahısından çıxmağa nail olub.
Banco.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən beynəlxalq maliyyə forumunda respublikanın Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov deyib.
“Dünya Bankının məlumatına görə, biz aşağı gəlirli ölkələr kateqoriyasından çıxmışıq ki, bu gün adambaşına düşən ÜDM 2 min dollardan çoxdur. Lakin hökumət bununla kifayətlənmək niyyətində deyil və görüləcək çox iş var. Ölkəmiz həm insan kapitalı, həm də təbii ehtiyatlarla zəngindir”, - deyə nazir bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!