“Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları” mövzusunda vebinar keçiriləcək | Banco.az

“Qeyri-neft və qeyri-dövlət sektorunun Mərkəzi Bankın notlarına investisiya imkanları” mövzusunda vebinar keçiriləcək

“Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda Bakı Fond Birjasının təşkilatçılığı ilə onlayn formatda ödənişsiz vebinar keçiriləcəkdir

30 may 2023-cü il tarixində, saat 11:00-da Bakı Fond Birjasının təşkilatçılığı ilə “Qeyri-neft və qeyri-dövlət sektorunun Azərbaycan Respublikasının Mərkəzi Bankının notlarına investisiya imkanları” mövzusunda ödənişsiz onlayn vebinar keçiriləcəkdir. Təlimin əsas məqsədi investorların Mərkəzi Bank notlarının ticarəti ilə cari hesablarında olan qalıq vəsaitlərinin effektiv investisiya imkanları barəsində olacaqdır.

Azərbaycan Respublikasının Mərkəzi Bankının qərarına əsasən investor bazası genişləndirilərək banklarla yanaşı qeyri-neft və qeyri-dövlət sektorunda fəaliyyət göstərən rezident kommersiya hüquqi şəxsləri də (maliyyə və sığorta fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər istisna edilməklə) müəyyən limitlər tətbiq etməklə notlara sahib olmaq hüququ əldə etsinlər.

Vebinar Zoom platforması üzərindən həyata keçiriləcəkdir.

Vebinarda iştirak etmək üçün linkə keçid edə bilərsiniz:

Ən sərfəli kredit üçün müraciət et

https://us06web.zoom.us/j/89364031565?pwd=ZFYxbnZqY1JNSzlkZktSTkJVQkRNQT09

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et