2020-ci ilin dövlət büdcəsi layihəsində Dövlət Gömrük Komitəsi üzrə daxilolmaların proqnozu 4 milyard manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozundan 298 milyon manat və ya 8 faiz çoxdur.
2020-ci ildə Dövlət Gömrük Komitəsinin xətti ilə ayrı-ayrı gəlir növləri üzrə daxilolmalar aşağıdakı kimi proqnozlaşdırılır:
İdxal olunan mallarla bağlı əlavə dəyər vergisi üzrə daxilolmalar 2 milyard 705 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 315 milyon manat və ya 13,2 faiz çoxdur. Artımın səbəbi qeyri-neft sektoru üzrə idxalın artımla proqnozlaşdırılmasının nəzərə alınması ilə bağlı olmuşdur.
İdxal olunan mallarla bağlı aksiz vergisi üzrə daxilolmalar 300 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 80 milyon manat və ya 21,1 faiz azdır. Azalmanın səbəbi aksizli malların ölkə daxilində istehsal həcmlərinin növbəti ildə artması ilə əlaqədadır.
Gömrük rüsumları üzrə daxilolmalar 950 milyon manat nəzərdə tutulur ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 50 milyon manat və ya 5,6 faiz çoxdur. Yol vergisi üzrə daxilolmalar 45 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin proqnozu ilə müqayisədə 13 milyon manat və ya 40,6 faiz çoxdur.
Marja